Azərbaycanlı boksçudan silah və narkotika tapıldı

Salyan rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 yaşlı Salyan şəhər sakini, Y.Qaqarin küçəsi, ev 10-da yaşayan İlqar Əliyevdən qanunsuz saxladığı "naqan” tipli tapança və 20 qram həşiş götürülüb.

İlqar Əliyev peşəkar boksçudur və əvvəllər dəfələrlə respublikada keçirilən boks yarışlarının çempionu olub. O, qanunsuz silah gəzdirdiyinə və narkotik maddələrin satışına görə dörd dəfə məhkum olunub.

Faktla bağlı cinayət işi qaldırılaraq İlqar Əliyev saxlanılıb./virtualaz.org/

MediaFax