Azərbaycanın yeganə xanım səfiri

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Qərb Universitetinin məzunudur.

1999-cu ildə Qərb Universitetini bitirən Nərgiz Qurbanova "II dərəcəli fövqəladə və səlahiyyətli elçi" diplomatik rütbəsi alıb.

Bolqarıstanda Azərbaycan Respublikasının fövqaladə və səlahiyyətli səfiri təyin edilənə qədər Nərgiz Qurbanova Azərbaycanın ABŞ-dakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. N. Qurbanova son 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının fəal iştirakçılarından olub.
Xanım səfir Böyük Britaniyanın "BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn, enerji, təbii sərvətlər və geosiyasət İnstitunun direktoru Ariel Koenin iştirakı ilə keçirilən tədbirlərdə qızğın müzakirələrə qoşulması ilə də tanınır. 

2012-ci ilin oktyabrında Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri” mövzusunda tədbirdə Nərgiz Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini vurğulamış və bu xüsusda "Cənub dəhlizi” layihəsinə ABŞ hökumətinin dəstək verməsinin təqdirəlayiq olduğunu bildirib.

2013-cü ilin aprelində Vaşinqtonda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən "İstanbul Prosesi – 26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” mövzusunda keçirilən tədbirdə isə Nərgiz Qurbanova NATO qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı Azərbaycanın tranzit ölkə kimi imkanlarını tədbir iştirakçılarına bəyan edib.

Hal-hazırda Nərgiz Qurbanova Bolqarıstanda səfirdir. Bolqarıstan Azərbaycan üçün vacib ölkədir. Siyasi baxımdan iki ölkə arasında heç zaman problem yaşanmayb, iqtisadi baxımdan isə əlaqələr enerji layihələri üzırində vüsət alır. Əvvəla, bu ölkənin "Bulgargaz” şirkəti 2013-cü ilin sentyabrında "Şahdəniz” konsorimu ilə qaz alqı-satqısına dair 25 illik müqavilə imzalayıb. Müqavilə 2020-ci ildən həyata keçirilməyə başlayacaq və Yunanıstan ərazısındən Bolqarıstana çəkiləcək birləşdirici kəmər vasitəsilə reallaşacaq. Azərbaycan "Şahdəniz-2” müqaviləsi layihəsi çərçivəsində bu ölkəyə hər il 1 milyard kub metr qaz ixrac edəcək.

Azərbaycan dövlətçilik tarixində ilk diplomat xanım Sara Xatun olub. Hazırda Azərbaycanın xarici ölkələrdəki diplomatları içərisində xanımlar olsa da, yeganə xanım səfirimiz Nərgiz Qurbanovadır./aznews.az/

MediaFax