Azərbaycandan Rusiyaya neft ixracı DAYANDIRILDI

Rusiyanın "Transneft" şirkəti Azərbaycandan Rusiyanın Novorossiysk linanına neft nəqlini dayandırıb.
 
"Interfax" xəbər verir ki, bu barədə şirkətin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.
 
Onun sözlərinə görə, buna səbəb Mahaçqala ərazisində aparılan təmir işləridir.
 
Təmir işlərinin nə vaxt bitəcəyini, o cümlədən nəqlin nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.

MediaFax