Zəlzələ İmişlidən əl çəkmir: 3-cü təkan gəldi - Yenilənib

09:43

Bu gün Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hadisə yerli vaxtla saat 08.46-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub./apa.az/
 
--------
12:34
 
Bu gün İmişlidə növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 11:51:01-də İmişli rayonu ərazisində qeydə alınıb.
 
Yeraltı təkanın maqnitudası 4.1 , dərinliyi 28 km olub.
 
Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 
Qeyd edək ki, buna qədər bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqladığı məlumata görə, ilk təkan yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
 
İkinci zəlzələ isə yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.

MediaFax