Azərbaycanda yeni televiziya açıldı - Bu gün

Bu gündən etibarən Azərbaycanın informasiya məkanında yeni telekanal fəaliyyətə başlayır.

Region TV-nin nəzdində fəaliyyət göstərəcək kanalın adı ARB-dir. Yeni kanal bu gün Bakı vaxtı ilə 12:00-da efirə başlayıb.

Qeyd edək ki, bir müddət öncə Region TV bağlanmış ANS telekanalının əksər işçilərini işə götürmüşdü. Onların çoxunun bu yeni kanalda çalışacağı gözlənilir.

Kanal əsasən şou, mədəniyyət, sosial və digər sahələrdən hazırladığı maraqlı proqramlarla izləyicilərinin qarşısına çıxacaq./ölkə.az/

MediaFax