Azərbaycanda qoyun oğruları tutuldu

Ötən gün respublikanın ayrı-ayrı yerlərində xeyli qoyun oğrusu tutulub.
 
Daxili İşlər Nazirliyi xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsində yaşayan Canbaxış Məlikovun həyətindən 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən həmyerliləri Rəşad DadaşovNovruz Fərəcov saxlanılıblar.

Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 2-də Rauf Hüseynovun həyətyanı sahəsindən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri Səməd Vəliyev, Zamin Vəliyev Novruz Xələfov saxlanılıblar. S.Vəliyevin və N.Xələfovun ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların 2016-cı il dekabrın 20-də R.Hüseynova məxsus həyətyanı sahədən 1 baş qoyun oğurlamaları da müəyyən edilib.

2016-cı il dekabrın 26-da Qobustan rayonunun Yekəxana kənd sakini Rza Hacıalıyevə məxsus həyətyanı sahədən 5 baş qoyunu oğurlayanlar da tutulub.

Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri İmkan Səftərov, Azay Dəmirov və əvvəllər məhkum olunmuş Fəyaz Hüseynov saxlanılıb./modern.az/

MediaFax