Azərbaycanda milyonçuların sayı nə qədərdir?

Azərbaycanda əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var.

Bu barədə ekspert Nəriman Ağayev ölkə əhalisinin maddi-sosial durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 5%-nin var-dövləti 1 milyon dollardan çoxdur:

"Əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var. Amma bura daşınmaz əmlak, avtomobil də aiddir. Evi olan şəxsi kasıb saymaq olmaz, çünki onun daşınmaz əmlakı satmaq, əldə edilən vəsaitlə yaşamaq və ya biznes yaratmaq imkanı var. Ölkənin 5% əhalisi 1 milyon dollardan yuxarı vəsaitə malikdir. 30% əhali isə 10 min dollardan 100 min dollar arasında varidat sahibidir. 10% əhali isə heç bir aktivə, hətta "ölü kapital”a belə malik deyil. Ölkədə əmanət kimi pula sahib olmayan vətəndaşların sayı artır, bu gün təxminən 3 milyon əməkqabiliyyətli insan və təqaüdçülər ancaq maaşla yaşayır”.

"Exo" qəzetinə açıqlama verən ekspert Oqtay Haqverdiyev isə 4 nəfərlik ailənin 1000 manatlıq gəliri olduqda, bunun 15%-ni əmanət kimi saxlaya bildiyini deyib:

"Respondentlərin 39%-i yığdıqları əmanətləri saxlaya bilmədiklərini, "qara gün”ə saxladıqları əmanətləri xərclədiklərini bildirirlər”./millətinsəsi.az/

MediaFax