Azərbaycanda möhtəşəm yarış - Güclülərin mübarizəsi

Oktyabrın 15-də Azərbaycanda MMA döyüşü üzrə yarış keçiriləcək. 

"MMA fighting series"in 3-cü mərhələsinin döyüşləri baş tutacaq. Turnir Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində təşkil olunacaq.

Yarışla bağlı MMA döyüş klubunun rəhbəri Şəhriyar Abbasov saytımıza məlumat verib: "Bu il MMA döyüş növü üzrə 2 yarış keçirmişik, bu yarış 5-ə tamamlanmalıdır. Hələ qarşıda daha 3 turnir də var. Bu Beynəlxalq səviyyəli turnirə Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna kimi ölkələrdən güclü idmançılar qatılacaq. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək. Qalib idmançılarımız kəmərin sahibi olacaq. Təbii ki, bu turnirdə Bəxtiyar Abbasov və digər tanınmış döyüşçülərimiz iştirak edəcək. Ümumilikdə isə bu turnirdə döyüşçülər 7 kq çəki dərəcəsində mübarizə aparacaqlar – 57 kq, 66 kq, 70 kq, 77 kq, 84 kq, 93 kq, +93 kq)”./aznews.az/

MediaFax