Azərbaycanda məktəb yanıb

Ucar rayonunda məktəb binasında yanğın baş verib.
 
Hadisə bu gün axşam saatlarında rayonun Bərgüşad kəndində qeydə alınıb. Ümumi sahəsi 200 kvadratmetr olan məktəb binasında yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Yanğınsöndürənlər hadisə yerinə çatana kimi yerli sakinlərin səyi nəticəsində yanğın söndürülüb. Hadisənin səbəbi hələlik məlum deyil./APA/

MediaFax