Azərbaycanda internetin qiyməti artacaq?

Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq.

Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib ki, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir.

Q.Qurbanov deyib ki, bu səbəbdən, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı./trend.az/

MediaFax