Azərbaycanda ilk: bir ağaca görə dövlət layihəsi dəyişdirildi - Video

Yenicə istifadəyə verilən Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun çəkilişi zamanı maraqlı bir addım atılıb.

"Azəravtoyol” ASC-nin yoldan çəkilmiş videosunda görünür ki, yeni çəkilmiş yolun ortasındakı ağac kəsilməyib və hərəkət nişanları da buna uyğun tənzimlənib.

Qeyd edək ki, yolun uzunluğu 24 km-dir və III texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulmuşdur./Publika.az/

MediaFax