Azərbaycanda dəhşətli yanğın: ofis, istixana, talvar və 3 maşın kül oldu

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
 
FHN-in saytının verdiyi məlumata görə, Şəmkir şəhərində vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 500 m2 olan talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları 30 m2 sahədə və istixanaya məxsus "VAZ” markalı minik, "QAZEL” markalı mikroavtobus, "ZİL” markalı yük avtomobillərinin yanar hissələri yanıb.
 
 
İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax