Dəhşətli qəzadan sağ çıxan olmadı: 6 ölü - Yenilənib

30.08.2016 
23:57

Qəzaya "Passat”ın "LADA-110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib. "Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı LADA 110 markalı avtomobil ilə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerinə üç təcili tibbi yardım briqadası gəlib. Qəzaya "Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən "LADA-110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

X X X

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş-Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov Elçin Yusif oğlu, Bayramov Əliyar Yusif oğludur.
 
-----------------
31.08.2016 
13:34
 
Daxili İşlər Nazirliyi avqustun 30-da Tağıyev qəsəbəsində baş verən ağır yol qəzası haqqında məlumat yayıb.
 
Avqustun 30-da saat 21 radələrində Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində Abşeron rayon sakini Elyar Bayramovun idarə etdiyi "Volkswagen” və Tovuz rayon sakini Elnur Məmmədovun idarə etdiyi "VAZ-21102” markalı avtomobillər toqquşub.
 
Nəticədə hər iki sürücü və avtomobildə olan 4 sərnişin hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./APA/
 
MediaFax