Azərbaycanda bədbəxt hadisə - 3 yaşlı uşaq beşikdə yandı...

Ağstafada yanğın olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.
 
Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.

MediaFax