Azərbaycanda 2 bank müflis elan edildi

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə "Qafqaz İnkişaf Bankı”ASC və "Atrabank” ASC müflis elan olunub.
 
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
 
Məlumata əsasən, Fond  16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Fondun ünvanı:
 
Bakı şəhəri, Bül-Bül prospekti 40
 
4-cü mərtəbə
 
Əlaqə nömrələri:
 
(012) 596 65 91/92/93 və"941” nömrəli qaynar xətt /apa.az/

MediaFax