Azərbaycan İsrailə təcili təyyarə göndərir - YARDIM

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
 
Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb./APA/

MediaFax