Azərbaycan hakerlərindən Ermənistana ciddi zərbə

Azərbaycanlılardan ibarət "Anti-armenia Team” adlı haker qrupu tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində Ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib.

Qrupun "feysbuk" səhifəsinə istinadən  xəbər verir ki, həyata keçirilən kiber hücum nəticəsində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilib. Əldə olunan informasiyalar arasında Ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülüb.


Bundan əlavə, hakerlər bu informasiyaların arasında ermənilərin Amerika Birləşmiş Ştatlarının digər ölkələrlə münasibətinə qarışaraq bu ölkələrdəki diplomatları və rəsmi şəxslərinin adına ləkə gətirəcək qarayaxma xarakterli, eləcə də bu şəxslərin fəaliyyətinə başqa don geydirən analitik yazıya rast gəliblər.

Xatırladaq ki, dəfələrlə düşmən tərəfini təşvişə salan səs-küylü kiber hücumlar həyata keçirmiş "Anti-armenia Team” 5 ildir müstəqil fəaliyyət göstərən yeganə haker qrupudur./virtualaz.org/

MediaFax