Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər - Lukaşenko

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".
 
Bunu Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşdə deyib.
 
Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: "Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”. 

MediaFax