Azərbaycan bu şansı əldən verməz - Politoloq

"Peterburqda Putinlə görüşmüş Ərdoğanın səfərdən dərhal sonra 5 rayondan söhbət açması təsadüfi sayıla bilməz.
 
Çünki Putin də kifayət qədər ciddi adamdır, Ərdoğan da. Həm də, Ərdoğanın 5 rayonla bağlı bəyanatına Rusiyadan mənfi reaksiya gəlməyib. Yəni, bu məsələni təkzib etmədilər, təkzib etmədilərsə, demək, belə bir razılaşma var”.

Bun fikirləri saytımıza açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 rayonla bağlı açıqlamasına münasibət bildirərkən səsləndirib.
 
 

C.Nuriyev daha sonra bunları qeyd edib: "Eyni zamanda Sarkisyanın Moskvaya çağırılması da bizə deməyə əsas verir ki, hər halda bu addım atıla bilər. Bu Azərbaycan üçün çox önəmli məsələdir. Ərdoğan kimi bir adamın da qeyri ciddi  bir məsələni gündəmə gətirməsinə inanmıram. Hər halda bu razılaşdırılmış bir gediş olmalıdır. Ona görə də arzulayaq ki, Qarabağla bağlı danışıqlar həlledici mərhələyə daxil olar və Azərbaycan bu şansı əldən verməz”./moderator.az/

MediaFax