AZAL bu smartfona qadağa qoydu - Təyyarəyə olmaz

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.
 
Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
 

Bu barədə saytımıza "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər./virtualaz.org/

MediaFax