Avtovağzalın qabağı yenə çökür?

Beynəlxalq Bakı Avtovağzalının qarşısındakı Bakı-Sumqayıt magistralında baş verən çökmə əvvəlki kimi ciddi təhlükəyə səbəb olacaq hadisələrə yol aça bilməz və bu mümkün deyil.

Bu fikri saytımıza açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bildiyiniz kimi ötən il Avtovağzal  qarşısındakı mağıstralda yaranan sürüşmə-çökmə hadisəsi ciddi problemlər yaratdı. "Problemin aradan qaldırılması üçün ciddi qabaqlayıcı tədbirlər görüldü. Bildiyiniz kimi o zaman  yağıntılar və oradakı yaşıllığın suvarılması nəticəsində istinad divarı 40 sm-dək aralanmışdı.  Buna səbəb isə yolun altındakı torpaqların tam islanması idi. Bu səbəbdən də həm sürüşmə, həm də çökmə hadisəsi baş verdi.

Divarın bərkidilməsi məqsədi ilə bizim də tövsiyyələrimiz nəzərə alınmaqla orada ciddi bərkitmə işləri getdi. Orada 25 metr dərinliyində 2-3 metrdən bir dəmir-beton istinad divarları vuruldu. Həmçinin lazımi miqdarda suötürücülər qoyuldu ki, torpaqda olan sular bu suötürücülər vasitəsi ilə axıdılsın. Ona görə də, orada bundan sonra hər hansı sürüşmə hadisəsinin olması qeyri-mümkündür. Çünki artıq bunun qarşısı tam alınıb və  bu məqsdlə nə lazımdırsa, o işlər görülüb”- deyə, ə. Qaralov vurğulayıb.

Yoldakı çökmə hadisəsinə gəldikdə isə Ə. Qaralaov bildirdi ki, bu təbii haldır: "Çünki  islanmış torpağın quruması  zaman aparan məsələdir və torpaq tam quruyanadək bu çökmə halının şahidi ola bilərik. Və bu da təbii haldır. Bu çökmələr də ciddi olmaz. Hansısa ciddi fəsadlara yol açması və yaxud, sürüşmənin olması mümkün deyil”- deyə, Ə. Qaralov deyib.

Qeyd edək ki, son günlərdə Bakı-Sumqayıt magistralının Beynəxalq Avtovağzalın qarşısında keçə hissəsində  yenidən çökmə faktı qeydə alınıb.
 
"Azəravtoyol” ASC əməkdaşlar ıoktyabrən 5-də yolun çökən hissələrindəki çatları örtmək üçün yamayıcı işlər aparırdı.

Onu da əlavə edək ki, 2015-ci il oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb./gununsesi.info/

MediaFax