Avropa İttifaqından Azərbaycana 13,5 milyon avro

Avropa İttifaqı Azərbaycana 13,5 milyon avro ayıracaq.
 
Avropa İttifaqı kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin və ixrac imkanlarının genişləndirilməsi, biznes-mühitin yaxşılaşdırılmasına 13,5 milyon avro ayıracaq.
 
Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
 
Məlumatda deyilir ki, proqram qeyri-neft ÜDM-in artımını möhkəmləndirməyə imkan verəcək, yeni iş yerlərinin yaradılmasına kömək edir, mübahisələrin həllində alternativ üsullar təqdim edəcək ki, bu da biznes mühitini yaxşılaşdırmağa yardım edəcək.
 
Bundan başqa, Aİ-nin proqramı bilavasitə vətəndaşlara, o cümlədən əhalinin zəif qruplarına fayda verəcək, həmçinin dövlət xərclərinin səmərəliliyini artırmağa kömək edəcək./modern.az/

MediaFax