Atletika komandamız Rioda niyə çıxış etmədi? - Səbəb

"Rio-2016” XV Yay Paralimpiya Oyunlarının beşinci günündə – sentyabrın 12-də atletika komandamız 4×100 metr məsafəyə estafet qaçış yarışlarına qatılmayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, buna Rio Paralimpiadasının gümüş mükafatçısı Kamil Əliyevin uzunluğa tullanma zamanı aldığı zədə səbəb olub. Bu səbəbdən həkimlər Kamil Əliyevin yarışda iştirak etməsinə icazə verməyiblər./gununsesi.info/

MediaFax