Atatürk hava limanında QƏZA

İstanbulun Atatürk hava limanında sərnişinləri daşıyan avtobus "Türk Hava Yolları"nın təyyarəsi ilə toqquşub.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Qaziantep-İstanbul aviareysini həyata keçirmiş təyyarə park edildikdən sonra sərnişinləri aparmağa gələn avtobus hava gəmisinin ön hissəsinə çırpılıb.

Hər hansı xəsarət qeydə alınmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

MediaFax