Ata 13 yaşlı qızını bıçaqla doğradı - Yenilənib

13:01 
 
Quba rayonunda qətl hadisəsi baş verib.
 
Hadisə rayonun Alpan kəndində qeydə alınıb.
 
Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. 
 
Atanın ruhi xəstə olduğu bildirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
----------
15:07 
 
Bu gün günorta saatlarında azyaşlı qızını öldürən  ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
APA-nın şimal bürosunun məlumatına görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Əşrəf Süleymanov saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
MediaFax