At oğruları tutuldu

Ağdamda at oğruları tutulub.
 
Daxili İşlər Nazirliyi xəbər verir ki, oğrular avqustun 24-də rayon sakini İsbəndiyar Əhmədova məxsus 2 rəst atı oğurlayıblar.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində at oğruları həbs edilib. Onlar Ağcabədi rayon sakinləri Xəlil Həziyev, Nicat Həsənov və Ozal Hüseynovdir. 

MediaFax