Aşura günü İmam Əli məscidini partlatdılar - 14 ölü, 30 yaralı var

Əfqanıstanın paytaxtı Kabil şəhərindəki İmam Əli şiə məscidində terror aktı törədilib.

Polis forması geyinmiş 3 silahlı məscidə hücum edərək, namaz qılanları güllələyiblər.

Daha sonra isə silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partladıb. 

Terror aktı nəticəsində 14 nəfər ölüb. 30 nəfər yaralanıb. Hadisəyə görə hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Təhlükəsizlik qüvvələri ərazini nəzarətə götürüb və əhali məsciddən təxliyə olunur.

MediaFax