AŞPA son nəticələri 1-2 aydan sonra təqdim edəcək - Referendum açıqlaması

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikolovski Bakıda səsverməni müşahidə edir.
 
Məlumata görə, bir neçə məntəqəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında o bildirib ki, AŞPA missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün gəlib: "Missiya 7 nəfərdən ibarətdir. Biz mümkün qədər çox məntəqədə səsverməni müşahidə etməyə çalışırıq. Sabah ilkin müşahidələrimizlə bağlı mətbuat konfransı keçirəcəyik. 1-2 aydan sonra son nəticələri təqdim edəcəyik"./APA/

MediaFax