AŞPA Azərbaycanda səsverməni müşahidə edir

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb.
 
7 nəfərlik missiya üzvləri ayrı-ayrılıqda müşahidəyə başlayıblar.
 
İlk olaraq AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsinə baş çəkib.
 
O səsvermə prosesini izləyib./APA/

MediaFax