Arvadının başını kəsən kişi tutuldu

Tovuzda qətl hadisəsi baş verib.
 
Hadisə rayon avtovağzalı ərazisində baş verib.
 
Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. 
 
X X X
 
Tovuz şəhər avtovağzalında qadını qətlə yetirən şəxs saxlanılıb.
 
24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.  
 
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
 
İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib./APA/
 
Ailənin iki övladı olub.  
 
MediaFax