Arda Turandan gözlənilməz paylaşım - Söyüşlü təhqir

Arda Turan "Instagram" hesabından müzakirələrə səbəb olan paylaşım edib. Fanat.Az xəbər verir ki, "Barselona"nın türk ulduzu yazıçı Kamal Tahirin bu sözlərini paylaşıb:

"Fahişənin dişisi, erkəyi olmaz. Fahişəlik adətdir. Söz verib tutmamaq, borcunu inkar etmək, birini satmaq, arxadan adam vurmaq, özündən zəifi əzmək, hətta qorxmaq belə yerinə görə fahişəlikdir".
 


Ardanın bu sözlərlə kimi hədəfə aldığı bilinmir. O, bir müddətdi ki, baş məşqçi Fatih Terim tərəfindən Türkiyə millisinə çağrılmır.

MediaFax