Arda Messini əvəz edəcək

"Barselona”nın superulduzu Lionel Messi Argentina millisinin heyətində zədələnərək heyətdən kənarlaşdırılıb.
 
Ulduz oyunçu sosial şəbəkələrin birində etdiyi açıqlamada vəziyyətinin ciddi olmadığını, tezliklə meydanlara geri dönəcəyini deyib.
 
Ancaq onun "Alaves” və "Seltik”lə görüşlərdə "Barsa”ya kömək etməsi sual altındadır.
 
Messinin zədəsi Türkiyə millisinin üzvü Ardanın işinə yarayıb. Luis Enrike Olimpiya Oyunları üçün Braziliya millisinə yollanan Neymarın yoxluğunu oyunu və qollarıyla hiss etdirməyən türk futbolçunu bu dəfə Messinin yerinə oynatması gözlənilir./publika.az/

MediaFax