Aparıcını verilişdə hipnoza saldılar - Video

"Bəzi xatirələr məni narahat edirdi"

ARB TV-nin "Gəlin danışaq" verilişində maraqlı anlar yaşanıb.

Verilişdə qonaq olan NLP mütəxəssisi Babək Bayramov, proqramın aparıcısı Zümrüd Qasımovanı hipnoz edib.

Maraqlı açıqlamaları ilə çıxış edən Babək Bayramov, qısa zaman ərzində yaddaşımızdan istəmədiyimiz hər bir şeyi silə biləcəyimizi iddia edib. Aparıcı Zümrüd Qasımova, bu prosesin öz üzərində test edilməsini NLP mütəxəssisindən xahiş edib. Proses efirdə reallaşdırılıb. 

Aparıcı yaşadığı anları belə xatırlayıb: "Uzun zaman idi ki, keçmiş yaşantılarımla bağlı xatirələr məni narahat edirdi. Babək bəy dedi ki, onları asanlıqla bir neçə seansa mənim yaddaşımdan silə bilər. Bunu efirdə etməyini xahiş etdim. Qəribə hisslər yaşadım gözlərimi açanda. O görüntü beynimdən silinmişdi. Nə qədər o anı yadıma salmaq istədim, alınmadı. Demək ki, hər şey insanın əlində imiş. Sadəcə, texnikanı bilmirik".

Qeyd edək ki, "Gəlin danışaq" verilişi həftə içi 5 gün saat 11:00-da ARB TV-nin efirində yayımlanır. 


MediaFax