Mirşahin yayılan söz-söhbətlərə aydınlıq gətirdi - Yenilənib

15:36 
 
ANS televiziyası yeni mövsümə hazırlaşır.

Artıq telekanalın bir neçə verilişlərinin anons çəkilişinə başlanılıb.

ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov isə açıqlamasında bu barədə xəbərsiz olduğunu söyləyib:

"İnanmıram ki, ANS anons çəkilişlərinə başlasın. Gərək açılsın ki, çəkilişlər başlasın”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsində baxılıb və şirkətin lisenziyası ləğv edilib./ölkə.az/
 
------------- 
17:50
 
Bu gün bir sıra saytlarda ANS telekanalında yeni mövsümlə bağlı anons çəkilişlərinin başlanması haqda məlumatlar yayılıb. 

Yayılan məlumatda artıq bir neçə verilişin yeni anonslarının çəkildiyi, telekanalın yayımını bərpa edəcəyi bildirilirdi. 

Yayılan məlumatla bağlı əməkdaşımız ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlayıb. O açıqlamasında yayılan məlumatların əsassız olduğunu, bağlanmış telekanalın heç bir anons çəkə bilməyəcəyini bildirib.

Mirşahin Ağayev eyni zamanda açıqlamasında zorla danışa bildiyini, özünün xəstə olduğunu bildirib. 

Qeyd edək ki, ANS telekanalının yayımı bu il iyul ayının 18-dən MTRŞ-nın məlum qərarı ilə dayandırılıb./bizimyol.info/ 

MediaFax