“ANS-dən heç nə qalmayacaq”

Qardaş Türkiyədə baş verən məlum çevrilişə cəhd zamanı özünü qeyri-peşəkar yöndən göstərən ANS telekanalına qarşı ən sərt addım atıldı.

Məlum olduğu kimi kanal bağlandı. Və bu gün ANS-in fəaliyyətini bərpa edib-etməyəcəyi məsələsi ictimai rəydə ən çox düşündürən suallardan biridir.

Bununla bağlı dia.az-a maraqlı informasiya daxil olub. Bilgili qaynaqlardan sızan xəbərə görə, telekanal 1 aylıq məhdudiyyət bitdikdən sonra fəaliyyətini bərpa edəcək, amma...

Mənbənin söylədikləri: "Amma ANS-də ciddi qadağalar tətbiq olunacaq. Bəlkə də siyasi yüklü bütün proqramlar iptal olunacaq. Bundan əlavə telekanalın rəhbərliyində də dəyişiklik olacaq. Elə sənəd məsələsində də bu özünü əks etdirəcək. Yəni əvvəlki ANS-dən demək olar ki, heç nə qalmayacaq".

Hələlik bu barədə müzakirələrin getdiyini bildirən mənbə onu da əlavə etdi ki, əgər bütün bunlar ANS-çiləri qane etməsə, o zaman müvəqqəti efir qadağası telekanalın lisenziyasının ləğvi ilə müşaiyət olunacaq.

MediaFax