ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Rahil Sayadoğlu və Natiq Nailəoğlunun şirkətdən ayrılmasından danışıb.
Məmmədov açıqlamasında bildirib ki, sözügedən əməkdaşlardan heç biri işdən çıxmaq barədə ərizə yazmayıblar:
"Bunlar hamısı şayiədir. Biz hələ dəqiq bilmirik ki, onlar işdən çıxıblar, ya yox. Çünki əlimizdə ərizələri yoxdur".
Qeyd edək ki, Natiq Nailəoğlu və Rahil Sayadoğlu fəaliyyətlərini bundan sonra Region TV-də davam etdirəcəklər. Bu haqda məlumatı "Region TV" kanalının rəsmiləri təsdiqləyiblər./ölkə.az/
MediaFax