Amerikaya böyüklüyünü qaytaracağam - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bazar günü həmyerlilərini yeni il münasibəti ilə təbrik edib və söz verib ki, vəzifəyə başlayandan sonra ölkəsinin böyüklüyünün qaytarılması üçün işə başlayacaq.

Bu barədə "İnterfaks" xəbər yayıb.

"Yeni iliniz mübarək! Mən Amerikanı yenidən böyük etmək üçün hamımızın birlikdə işləyəcəyimiz 2017-ci ildə çox gözəl və tam çiçəklənmə gözləyirəm”, - deyə o şəxsi "Tvitter” mikrobloqunda yazıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp hamını, o cümlədən düşmənlərini də Yeni il münasibətilə təbrik etmişdi.

Yeri gəlmişkən, Tramp həmin təbrikində yazmışdı: "Hamıya, o cümlədən bir çox düşmənlərimə və mənə qarşı mübarizə aparıb aşkar məğlub olaraq, indi nə edəcəyini bilməyənlərə xoşbəxt Yeni il arzulayıram…”./virtualaz.org/

MediaFax