Amerikalılar Trampın əleyhinə çıxdılar - Bakıda

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-da prezident seçkiləri mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Dillər Universitetindəki Bakı Amerika Mərkəzində olub.

Tədbirdə professor Ceyms Thurber və xanım Klaudiya Thurberi çıxış edib.
 
"Tramp belə bir fikir yayıb ki prezident seçilməsəm ABŞ-dakı seçkiləri tanımayacam”.

Bunu amerikalı hüquqşünas Klaudiya Thurberi deyib. O bildirib ki, bu çıxışına görə  hətta Donald Trampı Respubilkaçılar partiyasından da tənqid ediblər.
 
"Mən də düşünürəm ki,  Hillari Klinton ABŞ-ın gələcək prezidentidir”

Donald Trampı çılpaq at belində görsəniz, bilin ki Putinlə eyni şeydir. Bunu isə  Ceyms Thurber deyib.

O bildirib ki, amerikalılar Rusiya prezidenti Vladimir  Putini yaxşı lider kimi qəbul etmir.

"Trampın Putin haqqında dedikləri isə ona mənfi təsir göstərdi və onu nüfuzdan saldı”.

O  qeyd edib ki, Tramp ABŞ prezidenti seçilməyəcək./modern.az/

MediaFax