Amerika daha bir hərbçisini itirdi

Yəməndə "Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı bir ABŞ hərbçisi ölüb, üç hərbçi yaralanıb.
 
"Associated-Press” agentliyinin verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
 
Digər bir hərbçi isə hərbi vertolyotun yerə sərt enişi nəticəsində yaralanıb. Uçuş qabiliyyətini itirən vertolyot məqsədli şəkildə məhv edilib./APA/

MediaFax