Almaniyada növbəti prezident seçildi

Almaniyanın sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer  ölkənin 12-ci prezidenti seçilib.
 
TASS agentliyinin verdiyi məlumata görə, Almaniya prezidenti seçilmək üçün xüsusi olaraq bu məqsədlə çağırılan Federal Yığıncağın nümayəndələrinin yarıdan çoxunun dəstəyini qazanmaq lazımdır.
 
Federal Yığıncaq Berlində Reyxstaqın tarixi binasında keçirilir. Federal Yığıncağın 1260 nümayəndəsinin yarısını deputatlar, yarısını federal torpaqların parlamentlərin irəli sürdüyü nümayəndələr təşkil edir./APA/
MediaFax