Ali hərbi məktəblərlə bağlı - Fərman

Prezident İlham Əliyev "Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Dəyişikliklə, "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilib.
 
Bununla, Müdafiə Nazirliyinin strukturundakı Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısından çıxarılıb.

MediaFax