Aİ səfirinin maşını Bakıda vuruldu

Avropa Birliyi Bakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mardın avtomobili qəzaya düşüb.
 
Hadisə dünən axşam Fairmont Baku mehmanxanasının yanında baş verib.

Malena Mard Ukraynanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün həmin mehmanxanaya gəlib. Xanım səfir mehmanxanaya girdiyi an başqa bir maşın onun BMW 7-sinə çırpılıb. Həmin maşının sürücüsü hadisə yerindən qaçıb. Zərərçəkən yoxdur./virtualaz.org/

MediaFax