ABŞ Yaponiyanın arxasında dayanır - Tramp

Şimali Koreya ballistik raketini sınaqdan keçirib.
 
Bu, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bəri ilk belə sınaqdır.

Tramp Yaponiyanın Baş naziri Şinzo Abeni əmin etməyə çalışıb ki, Amerika "böyük müttəfiqi Yaponiyanın arxasında dayanır, 100 faiz".

Raket şərq istiqamətində, Yaponiya Dənizinə doğru 500 km uçub - deyə Cənubi Koreya rəsmiləri bildiriblər.

Abe deyib ki, sınaq "tamamilə qəbuledilməzdir". Yaponiya rəsmilərinə əsasən, raket ölkənin ərazi sularına daxil olmayıb.

ABŞ-a səfəri zamanı birgə mətbuat konfransında çıxış edərkən cənab Abe deyib ki, Tramp Yaponiya ilə "alyansımızı daha da gücləndirəcəyimiz" öhdəliyini vurğuladı./musavat.com/

MediaFax