ABŞ polisi Vladimir Putin adlı şəxsi həbs etdi - Video

ABŞ mətbuatı (25 WPBF News telekanalı) Florida ştatının Uest-Palm- Biç şəhərində supermarketdə Vladimir Putininin həbs edilməsi barədə məlumat yayıb.

Virtualaz.org lenta.ru-ya istinadən bildirir ki,Rusiya prezidentinin qaradərili adaşı dükana daxil olaraq satıcıların üstünə qışqırmağa başlayıb.

Supermarketin işçiləri hadisə yerinə polis çağırıblar. V.Putin hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, lakin polislər onu sakitləşdirməyi bacarıblar.

Qanun pozucusu sentyabrın 5-də məhkəmə qarşısına çıxarılacaq.

Telekanal hər ehtimala qarşı qeyd edib ki, saxlanılan şəxsin Rusiya lideri ilə heç bir əlaqəsi yoxdur.


MediaFax