ABŞ-ın deportasiya etdiyi diplomatlar Moskvaya çatıb

ABŞ-ın barələrində deportasiya qərarı verdiyi 35 rus diplomatı və ailələrini daşıyan təyyarə Rusiyanın paytaxtı Moskvaya çatıb.

Təyyarə bu gün gecə saatlarında Moskva hava limanlarından birinə eniş edib.

Təyyarədə 96 nəfər olub.

Qeyd edək ki, az öncə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına Rusiyanın Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidməti də düşüb. Bundan başqa, Vaşinqton Rusiyanın 35 diplomatına Amerikanı tərk etməsi üçün 72 saat vaxt verib./axar.az/

MediaFax