ABŞ-dan Türkiyədəki vətəndaşlarına Terror xəbərdarlığı

ABŞ-ın İstanbuldakı Baş konsulluğu terror hücumundan sonra Türkiyədə olan vətəndaşlara müraciət edib.

Konsulluğun saytında yerləşdirilən xəbərdarlıqda vətəndaşların hücum baş verən əraziyə getməmələri tövsiyə olunub.

Açıqlamada ayrıca, İstanbul və ətraf ərazilərdə yeni terror hücumunun baş verəcəyi istisna olunmayıb.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum nəticəsində 39 nəfər həlak olub, 69 nəfər yaralanıb./axar.az/

MediaFax