ABŞ-dan Koreya liderinə xəbərdarlıq: “Darmadağın edərik”

ABŞ Şimal Koreyanın mümkün nüvə hücumuna "darmadağın edici cavab” verəcək.

Bu açıqlama ilə ABŞ-ın müdafiə naziri Ceymes Mettis çıxış edib.

"ABŞ və müttəfiqlərimizə qarşı istənilən hücum cavabənı alacaq, nüvə silahının istənilən tətbiq cavabsız qalmayacaq” – Mettis belə deyib.

Qeyd edək ki, dünən Pentaqon başçısı Cənubi Koreyanın baş naziri Xvan Qe Anomla apardığı danışıqlarda rəsmi Seulu əmin etmişdi ki, Donald Tramp Şimali Koreya nüvə təhlükəsinə təhlükəsizlik sahəsinin əsas problemi kimi baxır./avropa.info/

MediaFax