ABŞ Obamadan sonrakı prezidentini seçdi - Yenilənib

09:39 
 
Donald Tramp ABŞ-da  prezident seçkilərində bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə liderdir.
 
Bülletenlərin hesablanmış 5 faizinin nəticəsinə görə Respublikaçılar Partiyasından namizəd olan D.Tramp 52,2 faiz, demokrat Hillari Klinton isə 44,4 faiz səs toplayıb.
 
X X X
 
ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.     
CNN telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.
 
-----------
10:50 
 
ABŞ-da prezident seçiklərində səslərin sayılması davam edir.
 
Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbəyə çox yaxındır.
 
D. Trampın namizədliyini 274 nümayəndə dəstəkləyib. Qələbə üçün 270 nümayəndənin səsi kifayətdir.
 
Onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb.
 
-----------
12:05 
 
Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.
 
Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib. 
 
Son məlumatlara görə, Trampın rəqibi Hillari Klinton isə 215 nümayəndənin səsini qazanıb./APA/

MediaFax