ABŞ-a meydan oxuyan prezident

Filippin  prezidenti  Rodriqo Duterte  hakimiyyətə gəlməsinin 100-cü günündə etdiyi çıxışında ABŞ-a meydan oxuyub.
 
ABŞ-ın onun narkotik ticarətçilərinə və istifadəçilərinə qarşı tətbiq etdiyi sərt tədbirləri tənqid edən bəyanatlarına kəskin reaksiya verib.

"Bizimlə ayaqaltı kimi rəftar edə bilməzsiniz. Əks halda peşman olarsınız. Söylədiklərinizə fikir verin, əks halda Filippini itirərsiniz. Məni Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsi ilə devirmək istəyirsiniz? Cəsarətiniz varsa edin. Şərəfimi, həyatımı və başımı heçə saymış biriyəm. Başıma nə gəlsə, qədərdən başqa bir şey deyil. Devirə biləcəksinizsə, bu da prezidentliyimin bir hissəsidir.

Biz sizin üçün özümüzü fəda etdik. Vətənimizi ələ keçirdiniz. Hələ də buradasınız. Sizə görə 2-ci Dünya Müharibəsində çox acılar çəkdik. Sizin üzünüzdən 200 min filippinli həyatını itirdi" deyə Rodriqo Duterte  qeyd edib.

Prezident kürsüsündə  bu ilin  30 iyununda  oturan Duterteni  xüsusilə narkotik  ticarətə qarşı sərt tədbirlər görməsinə görə tənqid edirlər. 
 
Dutertenin hakimiyyətə gəldiyi gündən bu yana 3 mindən çox narkotikdə şübhəli bilinən şəxsin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü deyilir./avropa.info/

MediaFax