9 dinc sakin həyatını itirdi

Əfqanıstanın qərbində aviazərbə nəticəsində azı 9 dinc sakin həlak olub, 20 nəfər isə xəsarət alıb.
 
Bu barədə məlumat "Pajvak" agentliyində yer alıb.

Hadisə şənbə günü Fərah əyalətində baş verib. Yerli xəstaxananın sanitar bölməsinin başçısının məlumatına görə, ölənlər arasında uşaqlar və qadınlar var.

Yerli qubernatorun müavini Mühəmməd Yunus Rəsul aviazərbənin vurulduğunu təsdiq edib, lakin bunun Əfqanıstan hava qüvvələri və ya koalisiya qüvvələri tərəfindən edildiyi haqda məlumat verməyib./musavat.com/

MediaFax